Ağsu rayonu Kalva kənd Bələdiyyəsinin sədri Hacıyev Natiq Ağasən oğlu 11 oktyabr saat 9:30da dünyasını dəyişmişdir. Qeyd edək ki, Natiq müəllim Kalva kəndində bir çox təşkilati işlərdə çalışmış, Kalva kənd Bələdiyyəsinin fəaliyyətində müstəsna xidmətləri olmuşdur. Natiq Hacıyevin 5 illik fəaliyyəti dövründə Ağru rayon Kalva kəndində bir çox işlər görülmüş, kəndə qaz xətti çəkilmiş, kəndin yollarına asfalt çəkilmişdir. Belə bir rəhbər şəxsin vəfatı ümumilikdə Kalva kəndi üçün böyük itkidir.
Natiq müəllimə ALLAHdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik.
ALLAH rəhmət eləsin.