10 milyonuncu sakin dünyaya gəldi, bəs siyahıyaalınma nə üçündür? | Eurasia Diary - ednews.net

17 Oktyabr, Cümə axşamı


10 milyonuncu sakin dünyaya gəldi, bəs siyahıyaalınma nə üçündür?

Cəmiyyət A- A A+

Azərbaycanda oktyabrın 1-dən 10-na qədər əhalinin siyahıyaalınması həyata keçirildi. Maraqlıdır ki, əksəriyyət siyahıyaalınmanın düzgün aparılmamasından şikayətləndiyini bir zamanda bəziləri isə buna ümumiyyətlə, ehtiyac olub-olmadığını müzakirə edirlər. Belə bir fikrin ortaya atılması aprel ayında Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə əlaqədardır. İnsanlar düşünür ki, əgər hər kəs Azərbaycan əhalisinin 10 milyon nəfər olduğunu bilirsə, yenidən siyahıyaalınmaya nə dərəcədə ehtiyac var?

Eurasia Diary xəbər verir ki, bununla bağlı "modern.az"a danışan sosioloq Əhməd Qəşəmoğlu qeyd olunan sualı “naşı verilmiş sual” adlandırıb. Sosioloq əhalinin siyahıya alınmasının hər məqamda vacib olduğunu düşünür:

“Bu sualı verənlər bir qədər naşı yanaşma sərgiləyir. Əhalinin siyahıya alınması təkcə onun sayını müəyyən etmək məqsədilə həyata keçirilmir. Burada əhalinin sayı ilə bərabər, sosial iqtisadi durumu aydınlaşdırılır. Müxtəlif sosial problemlərlə bağlı dəqiqləşdirmələr, ali və orta təhsillilərinin sayının bilinməsi, etnik tərkibin yenidən müəyyənləşdirilməsi, miqrasiya məsələləri və s. də siyahıyaalınma zamanı bəlli olur”.

Sosioloq dünyadan nümunə gətirərək, bütün ölkələrdə hər 10 ildən bir əhalinin siyahıya alınmasının aparıldığını xatırladıb:

“Bu zaman əhalinin sosial, iqtisadi problemləri, büdcəsi və s. ilə bağlı dəqiqləşdirilmiş məqamlar ortaya çıxır. Xarici ölkələrdə siyahıyaalınmanın nəticələrindən istifadə edərək əhalinin bir çox problemləri ilə bağlı tədqiqatlar aparılır. Ona görə, normal ölkələrdə hər 10 ildən bir əhalinin siyahıyaalınması olmalıdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...