Yol polisindən Bakı-Sumqayıt yolu ilə bağlı - XƏBƏRDARLIQ | Eurasia Diary - ednews.net

17 Oktyabr, Cümə axşamı


Yol polisindən Bakı-Sumqayıt yolu ilə bağlı - XƏBƏRDARLIQ

Cəmiyyət A- A A+
Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsinə görə avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb. 
 
Eurasia Diary xəbər verir ki, bu barədə "oxu.az"a Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib. 
 
Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində 10.5 -ci kilometrindən 11.5 -ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqmətində) olan ərazidə bu gündən etibarən təmir işləri aparıldığı üçün avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb. Təmir işləri bir neçə gün davam edəcək. 
 
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...