Tovuz Rayon Təhsil Şöbəsinə yeni müdir təyinatı olub.
Eurasia Diary "apa"ya istinadən məlumat verir ki, Elmira Mürşüdlü Tovuz Rayon Təhsil Şöbəsinin müdiri təyin edilib.
E. Mürşüdlü bundan əvvəl rayonun Aşağı Quşçu kənd 1 saylı tam orta məktəbinin direktoru olub.
Xatırladaq ki, bir müddət əvvəl Validə Hüseynova Tovuz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib.