Baş Prokuror Zakir Qaralovun əmri ilə Gəncə şəhərinə yeni prokuror təyin olunub.
Əmrə əsasən, Azad Qarayev Gəncə şəhərinin Prokuroru təyin edilib. O daha öncə Mingəçevir şəhərinin prokuroru vəzifəsini icra edib.
Bildirək ki, Azad Qarayev bu günlərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi vəzifəsinə təyin edilən Fazil Həsənəliyevi əvəz edib.