Uşaqlara öskürək dərmanı verməyin! - Xəbərdarlıq | Eurasia Diary - ednews.net

17 Noyabr,


Uşaqlara öskürək dərmanı verməyin! - Xəbərdarlıq

Cəmiyyət A- A A+

Uşaqlarda öskürəklə müşayiət olunan soyuqdəymə xəstəlikləri artıb. Əsas səbəb mövsüm və havaların dəyişkən keçməsi ilə bağlıdır.

Eurasia Diary "axar.az"a istinadən bildirir ki, bu barədə pediatr Vaqif Qarayev danışıb.

O bildirib ki, hər dəfə öskürək zamanı dərmanlardan istifadə etmək doğru deyil:

"Valideynlər telefonda, sosial şəbəkələrdə "mənə bir öskürək dərmanı deyin" deyə xahiş edirlər. Ya da apteklərdən özbaşına uşaq üçün öskürək dərmanı istəyirlər. Yolverilməzdir və heç bir halda düzgün deyil. Əksər hallarda öskürəyə heç bir dərman lazım deyil, çünki öskürək tədricən özü keçir.

Vəziyyət ciddidirsə, həkim baxışı olmadan virtual müalicə və əczaçının verdiyi dərmanla uşağı müalicə etmək düzgün deyil. Bu, uşağın vəziyyətini daha da ağırlaşdırır. Çünki həkim öskürəyin səbəbini öyrənərək dərman yazır. Apteklərdə isə ümumi öskürək dərmanı verilir və bu da heç bir təsir göstərmir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...