Azərbaycanda da 4 günlük iş həftəsi tətbiq olunacaq? - Nazirdən AÇIQLAMA | Eurasia Diary - ednews.net

16 Noyabr, Şənbə


Azərbaycanda da 4 günlük iş həftəsi tətbiq olunacaq? - Nazirdən AÇIQLAMA

Cəmiyyət A- A A+

"Qısaldılmış iş günləri kompleks məsələdir. Bu, ölkənin məşğulluq və əmək bazarında ciddi təsir edə bilər".

Eurasia Diary xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqilə bağlı sualları cavablandırarkən bildirib.

S.Babayev qeyd edib ki, Azərbaycanda əmək haqqı aylıq əsasla müəyyən edilir:

"4 günlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür. Bizdə iş gününün azaldılması əmək haqqına təsir edə bilər. Bu, əmək haqqından, əmək bazarından irəli gələrək, əmək resurslarının yaratdığı əlavə dəyərədən asılı olaraq müəyyən edilə bilər".

Nazirin sözlərinə görə, hazırda Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi gündəmdə deyil:

"Amma gələcəkdə istənilən məsələ kimi bu da müzakirə oluna bilər".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...