"Yeni pilot peşə təhsili müəssisələri yaradılacaq" - Təhsil naziri | Eurasia Diary - ednews.net

20 Noyabr, Çərşənbə


"Yeni pilot peşə təhsili müəssisələri yaradılacaq" - Təhsil naziri

Cəmiyyət A- A A+

"Yeni pilot peşə təhsili müəssisələri yaradılacaq"

Eurasia Diary xəbər verir ki, bunu  Təhsil naziri Ceyhun Bayramov peşə təmayül sinifləri haqqında danışarkən deyib:

Nazir bildirib ki, bu gün qarşıda duran əsas çağırışlardan biri peşə təhsilinə marağın və onun nüfuzunun artırılmasıdır. Təhsil naziri bildirib ki, təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması, məşğulluğun təmin edilməsi məqsədilə ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflərin yaradılmasına başlanılıb. Növbəti tədris ilindən etibarən isə bu siniflərin sayının və əhatə dairəsinin artırılması nəzərdə tutulub:

 "Peşə Təhsili haqqında Qanun”-un qəbulundan sonra bu sahədə bir çox addımlar atılıb. Peşə təmayüllü siniflərin yaradılmasını da bu addımlara nümunədir.  Bu gün ölkəmizin paytaxt və bölgələrində 20 peşə təmayüllü siniflər yaradılıb. Bu sayın gələcəkdə də artırılması nəzərdə tutulur . Peşə təhsilində atılan uğurlu addımlardan biri də Koreya Standartları əsasında Peşə Təhsili Mərkəzinin yaradılmasıdır. Hazırda yerli və koreyalı mütəxəssislərin müşayəti, eyni zamanda koreyada təlim keçən 26 müəllimin iştirakı ilə 8 ixtisas üzrə 230 tələbə ilə kadr prossesi davam edir. Bu sayın 1000 nəfərə çatdırılması nəzərdə tutulur. Eyni zamanda,  peşə təhsili üçün 37 kurikulum da hazırlanıb.  Bakı, Sumqayıt, Cəlilabad kimi şəhərlərimizdə yeni pilot peşə təhsili müəssisələri yaradılacaq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...