Xüsusi qayğıya ehtiyacı olan şəxslərə diqqətin artırılması məsələləri müzakirə edilib

Cəmiyyət 15:52 15.10.2019

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib.

Eurasia Diary-nin verdiyi xəbərə görə, iclasda Sosial sahədə görülən islahatların və həssas qruplarla bağlı görülən xidmətlərin və işlərin əlçatanlılığı, İctimai Şuranın il ərzində gördüyü işlərin, vətəndaş müraciətlərinə dair  fəaliyyətlərin səmərəliliyi, ƏƏSM nazirliyinin dəstəyi ilə həyata keçirilən “Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrası istiqamətində nəzərdə tutulan fəaliyyətlər müzakirə olunub. İclası giriş sözü ilə açan İctimai Şura sədri Umud Mirzəyev ölkəmizdə aparılan sosial siyasətinin ildən-ilə güclənməsi və əhatə dairəsinin genişlənməsindən, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. O, həssas qruplarla bağlı işlərin görülməsində səmərəliliyin artırılması, əlçatanlığın və ünvanlılığının təmin edilməsi istiqamətində işlərin əhəmiyyətindən danışıb. U. Mirzəyev bu gün  cəmiyyətdə  müzakirə olunan ünvanlı sosial yardım, özünü məğulluğun təmin edilməsi “uşaq pulu” məsələlərinə toxunub.    

O, Azərbaycanda ümumən sosial təminat növləri ilə təmin olunan uşaqların sayının 585 minə çatdığını bildirib. Bunların sırasında hərbi xidmətçilərin övladlarının, ailə başçısını itirmiş uşaqların, yeni doğulan körpələr, ünvanlı sosial yardımdan bəhrələnənlər və.s kateqoriyaların  aid edildiyini vurğulayıb. Uşaq pulu adlandırılan aylıq müavinət növünün iqtisadi-sosial əsaslandırılmasının vacib olduğunu, bu sahədə eləcə də digər sahəərdə ünvanlı yanaşmanın doğru olduğunu vurğulayıb. 

İctimai Şuranın iclasında şura üzvləri Mirhəsən Həsənov, Əliməmməd Nuriyev, Mehriban Zeynalova dövlətin xüsusi qayğıya ehtiyacı olanlarla bağlı gördüyü işlərdən, sosial islahatların səmərəliliyinin təmin edilməsindən eləcə də xüsusi qayğıya ehtiyacı olan şəxslərin, uşaqların sosial isahatlardan bəhrələnmələri üçün ünvanlılıq prinsipindən, əhalinin aztəminatlı insanlarının informasiya bankının yaradılmasından  söz açıblar. 

Şura üzvləri İradə Zeynalova, Şəhla Kərimova, Zaur Quliyev vətəndaşların sosial təminatında layiqlilərin bəhrələnməsi, təhsil, özünüməşğulluq sahəsində vətəndaşların maarifləndirilməsi məsələlərinə toxunublar.  

Şura üzvləri, uşaq pulları ilə bağlı məsələnin ciddi müzakirə edildiyini bu məsələdə ünvanlılığın təmin edilməsinin daha doğru olduğunu, meyarlar müxtəlifliyinin dəqiqləşdirilməsinin vacibliyini bildiriblər. Şura üzvü Məmmədhəsən Həsənov ictimai nəzarətin gücləndirilməsi, əlillərin bərpa mərkəzlərinə diqqətin artırılmasının zəruriliyini ifadə edib. 

İctimai Şura üzvü Davud Rəhimli, Şəhla Kərimova sağlamlığını itirmiş müəyyən insanların da müharibə əlilləri, şəhid ailələri kimi dövlət təminatından bəhrələnməsindən, əlilliyin təyin edilməsində şəffaflıq məsələlərindən söz açıb.

Şura üzvləri Akif Kərimov, Mehdi Mehdiyev İctimai Şuranın əvvəlki tədbirlərində, rəsmilərlə görüşlərdə qaldırılan məsələlərin izlənilməsinin vacib olduğunu qeyd edib, əlilliyin araşdırılması üzrə komissiyanın işində vətəndaş cəmiyyəti qurumlarının iştirakından, sosial təminatın sığortalanması kimi məsələlərdən  danışıblar. 

Şura sədri Umud Mirzəyev “Xüsusi qayğıya ehtiyacı olan şəxslərlə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində Bakı, Gəncə, Bərdə, Quba və Sumqayıt şəhərlərində, xüsusi qayğıya ehtiyacı olan vətəndaşların maarifləndirilməsi, sosial islahatlara əlçatanlılığı məsələlərinin qiymətləndirilməsi istiqamətində keçiriləcək tədbirlərdə aktiv iştirakın əhəmiyyətindən danışıb.

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Hamısı