Bakı Şəhər Baş Polis İdarəsindən müxalifətə - XƏBƏRDARLIQ | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Bakı Şəhər Baş Polis İdarəsindən müxalifətə - XƏBƏRDARLIQ

Cəmiyyət A- A A+

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın Bakıda keçirmək istədiyi icazəsiz mitinqlə bağlı məlumat yayıb.

Eurasia Diary-nin məlumatına görə, İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev  bildirib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq:

“Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsi qanunla müəyyən edilir. Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcək.”

Xatırladaq ki, Milli Şura oktyabrın 19-da Bakıda mitinq keçirəcəyi barədə məlumat yayaraq çağırış edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...