“Bir neçə məktəb direktorunun işi məhkəmədədir” - Nazir müavini | Eurasia Diary - ednews.net

21 Noyabr, Cümə axşamı


“Bir neçə məktəb direktorunun işi məhkəmədədir” - Nazir müavini

Cəmiyyət A- A A+

“Məktəblərdə neqativ hallar hələ də davam edir”. 

Eurasia Diary xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, əgər bir insan özü qaydaları pozursa, qarşısındakı şəxsdən qaydalara əməl etməyi tələb edə bilməz:

“Bəlkə də, bu gün məktəblərdə keyfiyyət göstəricilərinin aşağı olması, valideynlərin məktəbdən uzaq, incik düşməsinin əsas səbəblərindən biri bu neqativ halların olmasıdır. Təhsil naziri Ceyhun Bayramov müəllimlərin sentyabr konfransında da açıqladı ki, neçə direktorun işi hüquq-mühafizə orqanlarına göndərilib. Hələ də işi məhkəmələrdə olan bir neçə məktəb direktoru var”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...