İcra Hakimiyyətində yeni - TƏYİNATLAR | Eurasia Diary - ednews.net

21 Noyabr, Cümə axşamı


İcra Hakimiyyətində yeni - TƏYİNATLAR

Cəmiyyət A- A A+

Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

Eurasia Diary-nin "Modern.az"a istinadən məlumatına görə, bir müddət əvvəl RİH başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırılan Ramiz Göyüşovun yerinə Cahangirzadə İskəndər Kamil oğlu təyin edilib.

Qeyd edək ki, yeni təyinata qədər İskəndər Cahangirzadə RİH başçısının köməkçisi vəzifəsində işləyib.

Bundan əlavə, icra başçısı Elxan Allahverdiyevin müvafiq əmriylə Rauf Həsənov başçının köməkçisi vəzifəsinə təyin olunub.

Xatırladaq ki, bundan əvvəl Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri işləmiş, YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun dövlət qulluğuna xitam verilərək, təqaudə göndərilib.  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...