“5 mindən çox müəllimin maaşı 1000 manatı keçir” - VİDEO | Eurasia Diary - ednews.net

13 Noyabr, Çərşənbə


“5 mindən çox müəllimin maaşı 1000 manatı keçir” - VİDEO

Cəmiyyət A- A A+

“Dörd min şagirdin sinifdə qalması bizi narahat edən haldır”. 

Eurasia Diary xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov YAP-ın mənzil qərargahında keçirilən mətbuat konfransında deyib. 

O qeyd edib ki, hazırda milyon yarım şagird dərs alır: “Şagirdin il ərzində 4 və daha çox fəndən müvəffəqiyyətsizliyi varsa, sinifdə saxlanıla bilir”.

Nazir müəllimlərin orta əməkhaqqı məsələsinə də toxunub: “Aparılmış islahatlar nəticəsində müəllimlər arasında orta əməkhaqqı 600 manat olub. Dərs yükündən və digər səbəblərdən asılı olaraq 1000 manatdan yüksək əməkhaqqı alanların sayı artıq 5 min nəfəri keçib”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...