Elina Hacıyevanın anası Prezidentə müraciət etdi | Eurasia Diary - ednews.net

13 Noyabr, Çərşənbə


Elina Hacıyevanın anası Prezidentə müraciət etdi

Cəmiyyət A- A A+

Bakıda məktəbdə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynova Prezident İlham Əliyevə müraciət edib.

Eurasia Diary-nin "apa"ya istinadən məlumatına görə, S.Hüseynova ölkə başçısına ünvanladığı müraciətində qızının ölümündə təqsirli bilinən şəxslərin cəzalandırılmasını xahiş edib.

İş üzrə keçirilmiş son məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxs -162 saylı məktəbin sabiq direktoruna 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza istədiyini qeyd edən S.Hüseynova hadisəyə görə heç bir həkimin məsuliyyətə cəlb edilmədiyini bildirib: “Məsuliyyətə cəlb olunan sabiq direktora da ədalətli cəza verilmir! Ana fəryadına biganə qalmayın!”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...