Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq

Cəmiyyət 15:41 18.10.2019

“Gec-tez Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq”.

Eurasia Diary xəbər verir ki, bunu "apa"ya açıqlamasında Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçeri-Lalei deyib.

Respublika Narkoloji Mərkəzinin direktoru bildirib ki, bir sıra ölkədə yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılıb, bəzilərində bu məsələ müzakirə edilir. Onun sözlərinə görə, yüngül narkotik vasitələr ilk dəfə Niderlandda leqallaşdırılıb: “Bu gün Niderlandda çoxlu sayda narkotik istifadəçisi var. Amma onları çoxu narkotikdən istifadə etmək üçün Niderlanda başqa ölkələrdən gəlir. Niderlandın özündə sağlam həyat tərzi mühüm yer tutur və yerli əhali arasında narkotik istifadəçilərinin sayı çox azdır. Yüngül narkotik vasitələrin leqallaşdırılmasından sonra Niderland əhalisi arasında narkotik vasitə istifadəçilərinin sayında azalma qeyd alınıb".

A. Manuçeri-Lalei iderlandda narkotik vasitələrdən mədəni surətdə istifadə edildiyini söyləyib: “Tutaq ki, biz həftədə bir dəfə kafedə, restoranda dostlarla toplaşıb araq, pivə içirik. Ola bilər ki, Niderlandda həftədə bir dəfə toplaşıb nəşə çəksinlər. Yaxud tərkibində kiçik dozada tiryək olan xüsusi şokoladlar, tortlar, kekslər yeyirlər. Niderlandın yerli əhalisində belə hallara tez-tez rast gəlinir. Maraqlı həm də odur ki, niderlandlılar siqaret çəkməyə spirtli içki içməkdən daha pis baxırlar. Siqaretin ziyanı spirtli içkiyə nisbətən daha çoxdur. Siqaret xərçəngə yol açır, bədənə, ürək-damar sisteminə zərəri daha artıqdır. Həftədə 50-100 qram arağın, pivənin, çaxırın zərəri gündə bir qutu siqaret çəkənlə müqayisədə daha azdır”.

Respublika Narkoloji Mərkəzinin direktoru leqallaşdırmanın da müəyyən məhdudiyyətləri özündə ehtiva etdiyini diqqətə çatdırıb: “Məsələn, Azərbaycanda spirtli içki leqaldır, lakin spirtli içki içərək sükan arxasında əyləşmək, evdə spirtli içki hazırlamaq, spirtli içkini lisenziyasız satmaq olmaz. İşə içkili vəziyyətdə gələnlər çox rahatlıqla işdən qovulur. Niderlandda marixuanadan istifadə leqal olsa da, marixuana çəkib avtoşluq edə bilməzlər. Bu halda həmin şəxsin cəzası narkotikdən istifadə etməyən şəxslə müqayisədə daha çox olur. İşə narkotik vasitədən istifadə edərək gəlmək də yolverilməzdir. Mən hesab edirəm ki, Azərbaycanda da gec-tez yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq. Bəlkə bu, 20, 30 il çəkəcək, ancaq cəmiyyət artıq bu yöndə gedir. Cəmiyyətdə, mətbuatda bu məsələ müzakirə edilir, deputatlar bu barədə danışır, müxtəlif məqalələr nəşr olunur. Əgər bu məsələ gündəmdədirsə, gec-tez bu addım atılacaq. Sadəcə, Niderlanddakı kimi millətin düşüncəsi buna hazır olmalıdır”.

A. Manuçeri-Lalei nəzərə çatdırıb ki, hazırda Azərbaycanda ağır narkotik dərman olan metadon hökumət tərəfindən xəstələrə təmənnasız verilir: “Məqsəd odur ki, həmin xəstələr başqa narkotik vasitə istifadə etməsinlər, narkotiklə bağlı cinayət törətməsinlər, sifilis, QİÇS, hepatit kimi xəstəlikləri iynə vasitəsi ilə yaymasınlar. Müalicə məqsədi ilə narkotik tərkibli bu dərman vasitədən istifadə edilməsi, əslində, bu istiqamətdə ilk addımdır. Cəmiyyət də artıq bunu qəbul edib. Bir müddətdən sonra yüngül narkotik vasitələrin leqallaşdırılması da qəbul ediləcək. Dünyada da başa düşüblər ki, narkotik vasitə istifadəçiləri ilə nə qədər mübarizə aparılsa da, say azalmır, artır. Qadağalar effekt vermir. Alimlər təcrübələr əsasında müəyyənləşdiriblər ki, ən düzgün yol bunu leqallaşdırmaqla nəzarətdə saxlamaq, zərəri azaltmaq və narkotik vasitələrini qəbul etmək mədəniyyətini yaratmaqdır”.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı