Prezidentin müşavirədə media ilə bağlı səsləndirdiyi fikirlər Mətbuat Şurasında müzakirə olunub

Cəmiyyət 16:24 18.10.2019

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.

Mətbuat Şurasından (MŞ) Eurasia Diary-ə verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə ölkə mediasına da aid edilə biləcək fikirlərini bölüşüb: “Bu fikirlər cəmiyyətdə geniş müzakirələr doğurub. Dövlət başçısı bildirib ki, iqtidarda olan bəzi vəzifə sahibləri islahatlara qarşı çıxırlar. İslahatlara meylli olan, yeni təfəkkürə malik kadrların qaralanması halları olur ki, bu zaman mətbuatdan istifadə edilir. Prezident medianın daxili mübarizə növünə çevrildiyinə, bir hökumət üzvünün digəri tərəfindən şantaj edildiyinə, ləkələndiyinə diqqət çəkərək vəziyyəti dözülməz adlandırıb, belə mənfi təmayülləri islahatlara maneçilik törədən hallar kimi dəyərləndirib, bununla barışılmayacağını vurğulayıb”.

Ə.Amaşov deyib ki, medianın özünütənzimləmə qurumu olan Azərbaycan Mətbuat Şurası məsələyə münasibətini ifadə etməli, fəaliyyət perspektivlərini müəyyənləşdirməlidir.

MŞ İdarə Heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə dövlət idarəçiliyi baxımından kifayət qədər aktual olan məsələyə həssas münasibət göstərdiyi üçün təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, ölkənin aparıcı KİV-ləri Prezidentin kursuna sadiqdirlər, bu vəzifələri yerinə yetirməyə, mövcud istiqamətdə qətiyyətli mövqe və iradə nümayişinə hazırdırlar.

İclasda bildirilib ki, media məkanımızdakı mənfi tendensiyalardan biri ayrı-ayrı şəxslərin sırf təmənnalı münasibətdən irəli gələn, şantaj məqsədilə yaratdıqları informasiya saytları ilə əlaqədardır. Belələri bir qayda olaraq konkret hədəf seçir və onunla bağlı həqiqətə uyğun olmayan, uydurma fikirləri, mülahizələri yayır. Bir çox hallarda özləri kimi cəmiyyətdə tanınmayan media vasitələrinin şəbəkəsində təmsil olunurlar. Nəticə etibarilə bir tənqid hədəfi barədə bəzən on-on beş saytda material yer alır. Beləliklə məsələnin ictimailəşdiyinə dair rəy formalaşdırılır ki, bu isə barəsində yazılan şəxsdə qorxu və çaşqınlıq yaratmaq məqsədi güdür.

İkinci cəhət budur ki, ziddiyyətli münasibətdə olan tərəflərdən biri digərini hədəf seçir. Bu zaman saxta elektron poçt ünvanı yaradılır. Həmin ünvan vasitəsilə rüsvayedici materiallar təxminən otuz-qırx və daha çox saytın elektron poçt ünvanına yönləndirilir. Saytlar isə həmin materialları heç bir araşdırma aparmadan, qarşı tərəfin mövqeyinin öyrənilməsi prinsipinə məhəl qoymadan, əsl həqiqətlərin nədən ibarət olduğunu aydınlaşdıramağa cəhd göstərmədən yayımlayırlar. Bəzən ictimai rəydə müəyyən çəkisi olan informasiya resursları da məsələyə həssas yanaşmayaraq həmin materialları tirajlayır, qeyri-peşəkarlığa yol verirlər.

Növbəti xoşagəlməz cəhət ayrı-ayrı vəzifə sahiblərinin sırf rəqiblərini sıradan çıxarmaq məqsədilə ilə əllərində saxladıqları, bir çox hallarda özləri tərəfindən yaratdıqları internet media vasitələri ilə bağlıdır. Bu saytlar gündəlik fəaliyyətlərində adətən adi xəbər yayıcısı kimi görünürlər. Ayrı-ayrı şəxslərin təmənnalı münasibətdən irəli gələn şantaj məqsədilə yaratdıqları informasiya vasitələrinin materiallarından fərqli olaraq, belə resurslarda ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı ilə bağlı həqiqiliyi təsdiqlənmiş, şübhə doğurmayan, ciddi informasiya resurslarından olduğu kimi götürülmüş xəbərlər yer alır. Ancaq «zərurət» yarandığı hallarda konkret hədəflər aydın görünür.

MŞ İdarə Heyətinin üzvləri vəziyyətdən çıxmaq üçün təkliflər səsləndiriblər. Bu xüsusda bildirilib ki, ölkə qanunvericiliyində internet kütləvi informasiyanın yayıldığı areal kimi göstərilir. Ancaq qanun internet üzərindən yayımlanan media orqanlarını hüquqi baxımdan kütləvi informasiya vasitəsi kimi tanımır. Onların bir hissəsi məhdud məsuliyyətli cəmiyyət statusunda fəaliyyətdədirlər. Mütləq əksəriyyəti isə hüquqi münasibətlər sistemində ümumiyyətlə təmsil olunmurlar. Ənənəvi mediadan fərqli olaraq qanunvericilik onlar qarşısında KİV kimi heç bir məsuliyyət müəyyənləşdirmir. Yalnız «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» və «Telekommunikasiya haqqında» Qanunlara edilən sonuncu dəyişiklik provayderlər üzərində müəyyən məsuliyyət formalaşdırır. Bu isə ümumi mənzərə baxımından yetərli deyil. Buna görə də İH üzvləri internet üzərindən yayımlanan media vasitələrinin KİV kimi qeydiyyatının aparılmasını, bunun qanunvericilikdə əksini tapmasını, həmçinin qanunda internet media üçün texniki meyarların müəyyənləşdirilməsini təklif ediblər.

MŞ İdarə Heyətinin üzvləri həmçinin bildiriblər ki, mediadan sui-istifadə meyllərinə qarşı mübarizədə yalnız ictimai qınaqla kifayətlənmək effektiv nəticə vermir. Bu baxımdan Mətbuat Şurası haqqında ayrıca qanuna ehtiyacın duyulduğu önə çəkilib. Belə bir qanun həm imkan verəcək ki, Şuranın texniki imkanları genişlənsin, həm medianın özünütənzimləmə qurumu strukturu daha çevik fəaliyyət göstərsin, həm də adekvat məsuliyyət növlərinin seçilməsi ilə bu sahədə düzən yaradılsın. Bu, Prezident İlham Əliyevin iqtisadi müşavirədəki çıxışında səsləndirdiyi neqativ halların aradan qaldırılmasında həlledici rol oynayacaqdır.

İclasda diffamasiya məsələsinə media məkanındakı məsuliyyətin artırılması baxımından mühüm qanunvericilik təşəbbüsü kimi yanaşılıb. Vurğulanıb ki, diffamasiya heç də yalnız təhqir və böhtana görə azadlıqdan məhrumetmə cəzasının aradan qaldırılması ilə əlaqədar deyil. Diffamasiyanın dekriminallaşdırılması və bununla əlaqədar ayrıca qanunun mövcudluğu həm də medianın yol verdiyi nöqsana, qeyri-peşəkarlıq hallarına qarşı adekvat mülki cəza tədbirinin seçilməsini rəhbər tutur. Dünyanın bir sıra qabaqcıl ölkələrində mövcud prosedura uğurla tətbiq olunur və müsbət təsirini göstərir. Azərbaycanın da eyni yolu getməsinin vaxtı çatıb.

İclasda o da bildirilib ki, internet medianın həyatımıza təsiri artan xətt üzrə inkişaf etməkdədir. İH üzvləri bu təsirin istər cəmiyyətin, istərsə də dövlətin cəmiyyət üçün vacib olan maraq və mənafelərinin təminatına yönləndirilməsinin zəruriliyini vurğulayıblar. Bu baxımdan internet medianın maliyyələşməsinin vaxtının çatdığı fikri üzərində dayanılıb. Qeyd olunub ki, dövlət tərəfindən maliyyələşmə şərtləri bu istiqamətdə nizamlı mühitin formalaşmasına istər-istəməz müsbət təsirini göstərəcəkdir.

Ümumən media məkanımızdakı mühüm məsələlərdən biri də reklamla bağlıdır. Hazırda KİV-lərimiz ölkənin reklam bazarında zəif təmsil olunurlar. Bu isə onların maliyyə durumuna mənfi təsirini göstərməkdədir. Mövcud durumda dövlət qurumlarına məxsus elan və reklamların KİV-lərdə bölünməsinin həyata keçirilməsi ilə bağlı xarici təcrübənin tətbiqi aktuallaşıb. İH üzvlər eyni zamanda vurğulayıblar ki, hazırda dövlət qurumlarının reklam və elanlarının onlara məxsus media orqanlarında dərci həyata keçirilməkdədir. Habelə dövlət orqanlarının büdcəsinin bir faizi reklam-təbliğat işlərinə ayrılır. Hər iki hal yekun nəticə etibarilə həmin orqanları fəaliyyəti barədə ictimaiyyətin məlumatlılığının zəif təminatı deməkdir. Halbuki dövlət qurumları bu işlər üçün nəzərdə tutduqları vəsaiti ictimai rəyə təsir göstərən KİV-lərə yönləndirsələr, daha faydalı olar. Cəmiyyət onların gördükləri işlər haqqında daha çox informasiyalı olar.

Toplantıda səslənən məsələlərin təkliflər paketi şəklində ölkə rəhbərliyinə təqdim edilməsinə dair qərar qəbul edilib.

Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər ediblər - VİDEO - FOTOLAR

Xəbər xətti

Əfqanıstan və Omanda daşqınlar fəlakətlərə SƏBƏB OLUR
07:28 16.04.2024
Türkiyədə “Meta”ya məxsus bir sosial şəbəkə BAĞLANDI
06:40 16.04.2024
“Tesla” işçilərinin 10 %-dən çoxunu ixtisar edəcək
05:25 16.04.2024
782-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
04:36 16.04.2024
Bulvarda gəzinti gəmiləri niyə işləmir?
03:58 16.04.2024
Əziz Mariya, müttəfiq belə olur - Melkonyan
02:07 16.04.2024
Bu ölkənin istəyi ilə təyyarələri havaya qaldırdıq - Makron
01:00 16.04.2024
Saakaşvili tərəfdarlarını etiraz aksiyasına çağırdı
00:10 16.04.2024
Hakan Fidan Quterreşlə danışdı
23:40 15.04.2024
Azərbaycanda İKT sektorunda qadın sahibkarların sayı 11 % artıb
23:24 15.04.2024
Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər
23:00 15.04.2024
“Beşiktaş” Almaniya klubunun təklifini rədd etdi
22:44 15.04.2024
İmişlidə əmək yarmarkası keçiriləcək
22:22 15.04.2024
Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
22:00 15.04.2024
Almaniyada Rusiyanın bloklanmış aktivlərinin məbləği açıqlanıb
21:44 15.04.2024
Rusiya və İsrail rəsmiləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:22 15.04.2024
Çexiyada rekord sayda göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb
21:15 15.04.2024
İtaliyanın Tehrandakı konsulluğu fəaliyyətini dayandırıb
21:10 15.04.2024
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB
21:05 15.04.2024
Çexiya İran səfirini XİN-ə çağırıb
21:00 15.04.2024
Aİ-nin Ermənistandakı missiyasına qoşulan ilk kanadalı ekspertdən AÇIQLAMA
20:51 15.04.2024
Ukraynada Rusiyanın bəzi “TikTok” kanalları bloklanıb
20:37 15.04.2024
Ermənistanda Rusiya telekanalları bağlanacaq? - AÇIQLAMA
20:36 15.04.2024
Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
20:12 15.04.2024
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb
20:05 15.04.2024
Hesablama Palatası “toxum subsidiya"ların verilməsi ilə bağlı nöqsanları açıqlayıb
19:50 15.04.2024
Azərbaycanın mina problemi beynəlxalq simpoziumda müzakirə olunub
19:41 15.04.2024
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Sabah su olmayacaq
19:34 15.04.2024
Ukrayna müdafiəçiləri Krımda Rusiya komanda məntəqəsinə zərbələr endirib
19:19 15.04.2024
Aİ XİN başçıları İran-İsrail böhranından sonra atılacaq addımları müzakirə edəcəklər
19:00 15.04.2024
"Zalsburq" türk məşqçiyə tapşırıldı
18:45 15.04.2024
Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək?
18:33 15.04.2024
Rusiyalı turistlərin 10,42 %-i may bayramlarında Azərbaycana səyahət edəcək
18:21 15.04.2024
Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər ediblər - VİDEO - FOTOLAR
18:16 15.04.2024
Azərbaycan və Aİ Orta Dəhliz istiqamətində əməkdaşlığın inkişafını müzakirə edib
18:08 15.04.2024
XİN müavini Elnur Məmmədovun Haaqada Beynəlxalq Ədalət Məhkəməsində çıxışı - TAM VERSİYA/ VİDEO
17:56 15.04.2024
Bakıda Çingiz Aytmatovun abidəsi qoyuldu
Bakıda Çingiz Aytmatovun abidəsi qoyuldu
17:56 15.04.2024
Məktəblərdə 5 günlük TƏTİL OLACAQ – Bu tarixlərdə
17:46 15.04.2024
Naxçıvan Ali Məclisində yeni təyinatlar
17:39 15.04.2024
Makron Paris Olimpiyadası ərəfəsində bütün regionlarda sülh olmasını təklif edib
Makron Paris Olimpiyadası ərəfəsində bütün regionlarda sülh olmasını təklif edib
17:20 15.04.2024
Hamısı