Gəncədə faciə - 5 yaşlı uşaq dünyasını dəyişdi | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Gəncədə faciə - 5 yaşlı uşaq dünyasını dəyişdi

Cəmiyyət A- A A+

Gəncə şəhərində azyaşlı xəstəlikdən dünyasını dəyişib.

Eurasia Diary-nin məlumatına görə, hadisə Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasında baş verib.

Gəncə şəhər sakini, 2014-cü il təvəllüdlü Abdullayeva Zəhra Ramiz qızının bir neçə gün qızdırması olub. Azyaşlı Gəncə şəhər Dəmir Yolu Xəstəxanasına aparılsa da, orada müalicələr nəticə verməyib. Uşaq oktyabrın 19-da səhər saatlarında yüksək hərarət ilə Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Uşaq xəstəxanaya çatdırılandan bir müddət sonra orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (trend)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...