Goranboyda istehsal olunan məhsullar xaricə satılacaq | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Goranboyda istehsal olunan məhsullar xaricə satılacaq

Cəmiyyət A- A A+

Goranboyda «Kaskad -Agro» MMC-nin istixanası uğurla fəaliyət göstərir.

Eurasia Diary-nin məlumatına görə, Goranboy rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev  və Prezident Administrasiyasının məsul işçisi cənab Arif Novruzov oktyabrın 18-də Qızılhacılı qəsəbəsində fəaliyyət göstərən «Kaskad -Agro» MMC-yə məxsus istixanada oldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Regionlara investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması” barədə tapşırığına uyğun olaraq yaradılıb,  Goranboy rayonu Qızılhacılı qəsəbəsi ərazisində fəaliyyət göstərən  «Kaskad -Agro» MMC-yə məxsus İstixananın ümumi sahəsi 5 hektardır. İstixanaya 8,5 milyon manata yaxın vəsait xərclənmiş, 70 nəfər işlə təmin edilib.

İllik istehsal gücü 1500 ton olan İstixana, məhsullarını, əsasən xarici, qismən də daxili bazara çıxaracaqdır. Burada yetişdirilən məhsullar ekoloji təmizdir, müasir intensiv texnologiyalarla təchiz edilib.

Müəssisə tam olaraq fəaliyyətə düşdükdən sonra  burada 120 nəfər daimi işlə təmin olunacaqdır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...