Eurasia Diary-nin məlumatına görə, hadisə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində qeydə alınıb.
Kənd sakini, 1973-cü il təvəllüdlü Əhmədov Tərlanı ilan ayağından sancıb.
Yaralı yaxınlarının və kənd sakinlərinin köməkliyi ilə, Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tərlan Əhmədovun vəziyyətinin kafi olduğu bildirilir.