Bu gün Azərbaycanda energetiklərin bayramıdı | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


Bu gün Azərbaycanda energetiklərin bayramıdı

Cəmiyyət A- A A+

Oktyabrın 20-si Azərbaycanda Energetiklər Günüdür.

On beş ildir ki, Azərbaycan energetikləri öz peşə bayramlarını qeyd edirlər. Energetiklər günü ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisə ilə bağlıdır: 38 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerji bloku ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.

Energetiklərimizi peşə bayramları münasibətilə təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzulayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...