Abituriyentlərin 50%-dən çoxu universitetlərə qəbul olunmayıb | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Abituriyentlərin 50%-dən çoxu universitetlərə qəbul olunmayıb

Cəmiyyət A- A A+

2018-ci ildə keçirilən qəbul imtahanlarında iştirak edən gənclərin yalnız 48.65%-i ali təhsil müəssisələrinə qəbul olub.

Eurasia Diary AzEdu.az-a istinadən xəbər verir ki, bu barədə "Abituriyent"jurnalının 12-ci sayında bildirilib.

Qəbul olanların 30.25%-i dövlət sifarişi əsasında (29.41%-i dövlət, 0.84%-i özəl ali təhsil müəssisələrində), 69.75%-i isə ödənişli təhsil forması üzrə (58.19%-i dövlət, 11.56%-i özəl ali təhsil müəssisələrində) ali təhsil almaq hüququ qazanıb.

Beləliklə, imtahanda iştirak edən abituriyentlərin 51.35%-i (41756 nəfər) ali təhsil müəssisələrinə qəbul olmayıb. Təqdim edilən rəqəmlər qəbul prosesində həm rəqabəti, həm istəkləri təmin edilməyənlərin sayının nə qədər çox olduğunu, həm də qəbul prosesinin kütləviliyini, ağır və məsuliyyətli iş olduğunu göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...