Mirşahin Gültəkin Hacıbəylinin səs yazısını yaydı - VİDEO | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


Mirşahin Gültəkin Hacıbəylinin səs yazısını yaydı - VİDEO

Cəmiyyət A- A A+

Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin dünən Bakıda keçirilən razılaşdırılmamış aksiyadan sonra ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Uilliam Solly ilə danışığının audio yazısı yayılıb.

Eurasia Diary  xəbər verir ki, səs yazısını Real TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu "Mirşahin vaxtı" proqramında yayılıb.

G. Hacıbəyli səs yazısında evində internet kəsildiyi üçün yaza bilmədiyini qeyd edir, aksiya ilə bağlı məlumat verir.

Proqramda, həmçinin, G.Hacıbəylinin Avropa İttifaqının siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Denis Daniilidis ilə görüşünün audioyazısı yayılıb (modern.az)

 

 
 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...