Təhsil Nazirliyində yeni TƏYİNATLAR olub - FOTO | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Təhsil Nazirliyində yeni TƏYİNATLAR olub - FOTO

Cəmiyyət A- A A+

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Nazirlikdən Eurasia Diary-ə verilən məlumata görə, iclasda İctimai Şuranın Əsasnaməsi (reqlamenti) qəbul edilib, həmçinin Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov İctimai Şuranın sədri, təhsil eksperti Nadir İsrafilov sədr müavini və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə məsul katib seçilib.

İclasda Şura üzvləri şuranın fəaliyyət planı ilə bağlı ilkin təklifləri müzakirə ediblər. Növbəti iclasda fəaliyyət planının təsdiqi nəzərdə tutulur.

Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...