Deputatlar qadınların “Şiddətə susma” aksiyasından danışdılar

Cəmiyyət 11:29 22.10.2019

Srağagün Bakının Nizami küçəsində bir qrup feminist qadın aksiya keçirib. "Tarqovı"ya toplaşan iştirakçılar qadınlara qarşı  zorakılıq edilməsini və qadınların qətlə yetirilməsini pisləyiblər. Onlar "Şiddətə susma" şüarını səsləndiriblər. Polis icazəsiz aksiyanın qarşısını alıb.

Aksiyanın keçirilməsindən sonra sosial şəbəkələrdə daha çox bir mövzu ətrafında müzakirələr aparıldı. Qadın hüquqlarına dəstək üçün təşkil olunmuş bu aksiyaya niyə dəstək verilmir?

Bəzi sosial şəbəkə istifadəçiləri hətta bir sıra qadın təşkilatlarını da məsələyə səssiz qalmamağa çağırıblar. Bir müddət əvvəl AXCP sədrinin sədrinin sabiq müavini Fuad Qəhrəmanlının ailəsində baş verənlər səs-küyə səbəb oldu. Hətta bir sıra tədbirlər keçirilib, qadına qarşı şiddət pisləndi. Əksəriyyət bu cür dəstəyin qadın hüquqları uğrunda mübarizə aparan qadınlara da göstərilməsini tələb edir.

Eurasia Diary xəbər verir ki, bu barədə Modern.az-a danışan YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı belə bir aksiyadan xəbəri olmadığını söyləyib. O qeyd edib ki, belə bir aksiya ilə əlaqədar heç kim müraciət etməyib:

“Qadına şiddətə hər bir halda qarşıyıq. Bu məsələ hüquqi müstəvidə də tənzimlənir, ən kəskin şəkildə pislənir. Qadının ali varlıq kimi hər zaman hüquqları qorunur. Elə milli-mənəvi dəyərlərimizə də uyğun deyil ki, qadına qarşı şiddət göstərilsin.

Düzdür, biz bir sıra qadın təşkilatlarının rəhbərləri olaraq bu yaxınlarda müzakirələrə səbəb olan Fuad Qəhrəmanlının ailəsindəki hadisə ilə bağlı tədbir keçirdik. Mən özüm də “Lider Qadınlar” İctimai Birliyinin təsisçisi kimi hadisəyə münasibətimi ifadə etdim. Adi bir insanın qadına şiddət törətməsi ilə tanınmış şəxsin, vəzifəli, dövlət adamı, məmur və siyasətçinin törətməsi fərqlidir. Ona görə, bizim etiraz etdiyimiz hadisədə sıradan bir Azərbaycan kişisi qadına qarşı şiddət etməmişdi. Bütün günü hüquqdan danışan, sosial şəbəkələrdə, təşkil etdikləri tədbirdə iqtidarı tənqid edən şəxsin öz ailəsində qadına qarşı zorakılıq etməsinə laqeyd qalmaq da düzgün olmazdı.

Oktyabrın 20-si aksiya keçirən qadınlar bizə bununla bağlı heç bir müraciət etməmişdilər. Əgər bununla bağlı hər hansı müraciət daxil olsaydı, müvafiq addım atıla bilərdi. Çünki bizim digər partiyalarda təmsil olunan qadınlarla birgə tədbirlərimiz, bəyanatlarımız olub”.

Məlahət İbrahimqızı əlavə edib ki, Milli Şuranın mitinqi və “Şiddətə susma” aksiyası arasında əlaqə olduğunu düşünmür:

“Bu aksiyaları fərqli təşkilatlar həyata keçiriblər. Həmin ərəfədə keçirilən hər bir tədbiri mitinqlə əlaqələndirmək də olmaz. Amma istənilən halda “Şiddətə susma” aksiyası da qanunsuz keçirilib”.

Deputat Kamilə Əliyeva isə qadına qarşı zorakılığı qəbul etmədiyini vurğulayıb. Buna baxmayaraq, deputat düşünür ki, hər şey hüquq çərçivəsində həll olunmalıdır:

“Buna görə hansısa aksiya keçirmək, üstəlik icazəsiz toplaşmağı düzgün hesab etmirəm.

Fuad Qəhrəmanlının ailəsində olan hadisəyə hər kəs öz münasibətini bildirdi. Ona görə, qadın hüquqları təşkilatları da bununla bağlı mövqeyini bildirib, müzakirə apardılar. Qanunsuz aksiya şəklində etiraz etdikdə məqsəd öz məcrasından çıxır”.

K.Əliyeva düşünmür ki, iki qanunsuz aksiya arasında əlaqə ola bilər:

“Milli Şuranın mitinqinə ətrafdakılardan demək olar, heç kim qoşulmadı. İnsanların düşüncəsi artıq o səviyyədə deyil. Hər kəs yaxşını pisdən seçə bilir, müqayisə edə bilirlər. Hər dəfə ortaya bir mövzu atıb, qarışıqlıq yaratsalar da, heç nəyə nail ola bilmirlər”.

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
14:37 18.04.2024
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
14:30 18.04.2024
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:25 18.04.2024
Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
14:20 18.04.2024
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
14:15 18.04.2024
Rusiya XİN: Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir
14:10 18.04.2024
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
14:04 18.04.2024
“Rus ordusunun Qarabağı tərk etməsi Azərbaycanın siyasi qələbəsidir” - Ukraynalı Deputat - ÖZƏL
14:00 18.04.2024
Hamısı