Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.
Eurasia Diary məktubun mətnini təqdim edir:
"Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin Zati-aliləriniz tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkə gəncləri ictimai-həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və vətəndaş cəmiyyətinin böyük bir hissəsini təşkil edir.
Mən, Azərbaycan Gənclik Platformasının sədri Vəliyev Fariz. Azərbaycan Gənclik Platforması 2015-ci ildən Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərməyə başlayıb. Vətəndaş cəmiyyətinin bir parçası olmaq bizə əsas verir ki, vətənimiz,dövlətimiz və dövlətçiliyimiz adına gecə-gündüz durmadan çalışaq. Azərbaycan Gənclik Platforması olaraq, bir sıra layihələrin gənclər tərəfindən dəstəyi istiqamətində fəaliyyət göstəririk.Təşkilatımızın ilk dövrlərdəki məqsədi Türkiyədə təhsil alan azərbaycanlı tələbələr arasında birlik qurmaq idi. Hazırda təşkilat gənc nəslin sosial, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması ölkəmizin beynəlxalq aləmdə təbliğinə yönəlmiş layihələr həyata keçiririk.
Möhtərəm cənab Prezident, Azərbaycan gəncliyi və gənclər təşkilatları hər zaman sizin diqqət və qayğınızı hiss edib. Ölkəmizdəki gənc vətəndaşlara göstərdiyiniz etimada,diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Hazırkı təşəkkür məktubu vasitəsi ilə xüsusi ehtiramımızı bildirərək fəaliyyətinizdə Sizlərə yeni-yeni uğurlar arzulayırıq".