Bu dəqiqələrdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir.
Eurasia Diary-nin məlumatına görə, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatlarının direktorları iştirak edirlər.
İclasa akademik Ramiz Mehdiyev də qatılıb.
Qeyd edək ki, iclasda AMEA prezidenti Akif Əlizadənin istefa verəcəyi və yeni prezidentin seçiləcəyi gözlənilir.