Gələn il AzTV və İTV-yə ayrılacaq vəsait məlum oldu | Eurasia Diary - ednews.net

17 Noyabr,


Gələn il AzTV və İTV-yə ayrılacaq vəsait məlum oldu

Cəmiyyət A- A A+

Gələn il Azərbaycanda dövlət büdcəsindən maliyyələşən televiziyalara ayrılacaq vəsaitin məbləği müəyyənləşib.

Eurasia Diary xəbər verir ki, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə  33 milyon, “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinə  601 min 920 manat, İctimai Televiziya və Radio Yayımları Şirkətinə 12 milyon 32 min 421 manat vəsait ayrılacaq. 

Bundan başqa, “Azərbaycan” nəşriyyatına 1 milyon 934 min 922 manat,  Azərbaycan Respublikasının Prezidenti  yanında Kütləvi İnformasiya Vasitlərinin İnkişafına Dövlət Dəstəyi Fonduna 4 milyon 133 min 184 manat vəsait ayrılacaq.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq. (modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...