Gələn il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi üçün vəsaitin məbləği müəyyənləşib.
Eurasia Diary xəbər verir ki, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, Milli Məclisə seçkilərin keçirilməsi üçün 48 milyon 48 min 374 manat vəsait ayrılacaq.
Qeyd edək ki, 2020-ci ilin payızında Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək.