Azərbaycanın Müdafiə naziri NATO toplantısında iştirak edəcək | Eurasia Diary - ednews.net

17 Noyabr,


Azərbaycanın Müdafiə naziri NATO toplantısında iştirak edəcək

Cəmiyyət A- A A+

Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasına töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində NATO-nun Mənzil-Qərargahında keçiriləcək iclasda iştirak etmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Brüssel şəhərinə yola düşüb.

Eurasia Diary xəbər verirki, oktyabrın 25-də keçiriləcək iclasda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.

Səfər çərçivəsində Müdafiə nazirinin ikitərəfli görüşləri də nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...