Bakıda daş karxanasında bədbəxt hadisə baş verib.
Eurasia Diary-nin məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən daş karxanalarından birində qeydə alınıb. Orada fəhlə işləyən, 1950-ci il təvəllüdlü Elsevər Məmmədov kombaynın aşması nəticəsində texnikanın altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır. (apa)