Hacıqabulda "Toyota" markalı minik avtomobili aşıb.
Eurasia Diary-nin "qafqazinfo"ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu, Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Toyota" markalı minik avtomobili yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.