Bakıda məhbusların qaçmasına görə həbs edilən müğənni Fədayə Laçın azadlığa çıxıb.
Eurasia Diary-nin məlumatına görə, o, 1 saylı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.
Qeyd edək ki, müğənni 2017-ci ildə "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatardan qaçmaqda köməklik göstərməkdə ittiham olunub. O, 2017-ci ilin oktyabrın 30-da həbs edilib. Fədayə Laçın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə onun cəzasını 2 ilə endirib.