Azərbaycan Dillər Universitetində inşa-yazı müsabiqəsi “Qarabağ Azərbaycandır!”

Cəmiyyət 16:57 01.11.2019
Noyabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən rayon ərazisində yerləşən ali məktəblərdə təhsil alan gənclər arasında keçirilən “Qarabağ Azərbaycandır!” mövzusunda inşa-yazı müsabiqəsinə həsr olunan tədbir təşkil edilib.
 
Eurasia Diary "Azərtac"a istinadən xəbər verir ki, tədbirdə ADU-nun rektoru, akademik Kamal Abdullayev, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, rektorun ictimai məsələlər üzrə müşaviri Sərraf Hüseynov və digər çıxış edənlər “Qarabağ Azərbaycandır!” inşa-yazı müsabiqəsi və şərtləri barədə məlumat verib, onun əhəmiyyətindən söz açıblar.
 
Bildirilib ki, bu il oktyabrın 3-də Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun keçirdiyi ənənəvi tədbirdə Prezident İlham Əliyev növbəti tarixi çıxışı ilə işğalçı və qondarma dövlət olan Ermənistanın baş naziri Paşinyanı və onun simasında erməni yalanını növbəti dəfə ifşa etdi. Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilən bu çıxış bugünədək beynəlxalq və yerli mətbuatda rəğbətlə müzakirə edilir. Əslində dövlətimizin başçısı həm ölkəmizdə keçirilən tədbirdə və görüşlərdə, həm də xarici səfərləri zamanı keçirilən görüşlərində və beynəlxalq təşkilatlarda çıxış edərkən Azərbaycan həqiqətlərini qətiyyətlə səsləndirir. Ölkə rəhbərinin hər bir çıxışının bugünkü gənclərin formalaşmasında çox böyük önəmi var. Bu mənada gənclərin Prezidentimizin fəaliyyətini diqqətlə izləmələri, onun milli ruhlu və vətənpərvər çıxışlarını özlərinin yol xəritəsi hesab etməlidirlər. Hər bir Azərbaycan vətəndaşının tutduğu vəzifəyə və imkanına uyğun olaraq dövlətimizin qorunmasında, onun inkişafında, ərazi-bütövlüyünün bərpasında borcu və məsuliyyəti var. Bugünkü gəncliyin yüksək biliklərə yiyələnməsi, milli ruhda və vətənpərvər formalaşması bu borcun və məsuliyyətin yerinə yetirilməsidir. Bu mənada biz böyüklər də vətənimiz, dövlətimiz və dövlətimizin qurucusu qarşısında məsuliyyətli olmaqla yanaşı, Azərbaycan gənclərinin kamil səviyyədə formalaşması məsələsində məsuliyyət daşımaqla borcluyuq.
 
Diqqətə çatdırılıb ki, bu gün keçirilən inşa-yazı müsabiqəsi məhz bu məqsədlərə xidmət edir. Dövlətimiz iqtisadi cəhətdən nə qədər qüdrətli olsa da xalqımız, xüsusilə də gənclərimiz savadlı, vətənpərvər, cəsur, milli ruhlu olmasa, biz vətənimizi göz bəbəyimiz kimi qoruya bilmərik. Millətin gücündən və iradəsindən üstün heç nə yoxdur. Bütün bunları nəzərə alaraq Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən davamlı olaraq müxtəlif layihələr həyata keçirilir. Bu layihələrdən biri də rayon ərazisində yerləşən ali məktəblərdə təhsil alan gənclər arasında “Qarabağ Azərbaycandır!” mövzusunda inşa-yazı müsabiqəsidir.
 
Vurğulanıb ki, bununla bağlı bütün universitetlərdə tələbələr arasında maarifləndirmə aparılıb. Müsabiqədə iştirak etmək üçün qısa müddət ərzində 3000-dən çox gənc müraciət edib. Onların arasında xarici tələbələr də var. Sözsüz ki, qardaş Türkiyədən olan gənclər daha çox üstünlük təşkil edir. Müsabiqə əsasən Azərbaycan Dövlət Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetinin tələbələri arasında keçirilir. Lakin müsabiqəyə qatılmaq üçün digər universitetlərin də tələbələri müraciət edib. Müsabiqənin nəticələri dekabrın sonuncu həftəsində elan olunmaqla, qaliblər mükafatlandırılacaq.
 
Qeyd edilib ki, “Qarabağ Azərbaycandır!” demək Milli Ordumuzun gücü, ərazi bütövlüyü, müstəqil dövlətimizdir, minlərlə şəhidimizin qanı ilə suvarılmış Ana Vətəndir, gecə gündüz ölkəmizin sərhədlərində, mənfur, işğalçı təcavüzkar qonşularımızın quldur dəstələri ilə üzbəüz dayanan Azərbaycan əsgəridir. “Qarabağ Azərbaycandır!”, eyni zamanda, milli-mənəvi dəyərlərimizi özündə birləşdirən, savadlı Azərbaycan gəncliyidir, xalqına arxalanaraq, yüksək və ali kürsülərdə ermənipərəst və hegemon dövlətlərin və beynəlxalq təşkilatların rəhbərləri ilə mübarizə aparan, güclü dövlətin rəhbəri və Ali Baş Komandandır.
 
Sonra universitetin tələbələri arasında “Qarabağ Azərbaycandır!” mövzusunda inşa-yazı müsabiqəsinə start verilib.
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Hamısı