Goranboyda baş verən ağır qəzada ölən və yaralananların kimliyi bilindi.
Eurasia Diary xəbər verir ki, hadisə nəticəsində Yevlax rayon sakini Arzu Məmmədov hadisə yerində ölüb.
Gəncə şəhər sakini Arzu Abbasov isə ağır xəsarət alıb.
***
Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, hadisə Goranboy-Naftalan avtomobil yolunun başlanğıcında qeydə alınıb. “Vaz 21011” markalı avtomobillə “KamAz” markalı yük avtomobili toqquşub.
Nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.