"QHT sədri Oqtay Güləliyevin səhhəti ilə bağlı məsələləri nəzarətə götürdüyünə və müalicəsinin Türkiyədə davam etdirilməsinə verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevaya təşəkkür edirəm".
Eurasia Diary xəbər verir ki, bu barədə deputat Azay Quliyev "tvitter" hesabında yazıb.
Azay Quliyev əlavə edib ki, Mehriban xanım bu addımı ilə siyasi mövqeyindən asılı olmayaraq köməyə ehtiyacı olan hər bir azərbaycanlının yanında olduğunu bir daha sübut etdi.
"Dövlətimizin bu xeyirxahlığını yüksək qiymətləndirir və Oqtay Güləliyevə Allahdan şəfa diləyirəm",- deyə statusda qeyd olunub.