Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Eurasia Diary-nin məlumatına görə, hadisə Dəliməmmədli-Qırıxlı yolunda qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarə etməni itirərək aşıb. Nəticədə avtomobildə olan 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.