“Azərbaycan rayonlarının su pasportu hazırlanır” - “Azərsu”dan açıqlama | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


“Azərbaycan rayonlarının su pasportu hazırlanır” - “Azərsu”dan açıqlama

Cəmiyyət A- A A+

"Azərbaycanın bütün rayonlarının su pasportunu hazırlayırıq". 

Eurasia Diary xəbər verir ki, bunu YAP İcra Katibliyində keçirilən mətbuat konfransında “Azərsu” ASC- nin sədri Qorxmaz Hüseynov deyib. O, qeyd edib ki, hər bir rayonda əhalinin su təchizatı, suyun mənbəyi, keyfiyyəti və s. məsələlər həmin məlumatlarda əks olunur:

"Yağıntıların son zamanlar azlığı su mənbələrində çətinliklər yaratdı. Gədəbəyddə alternativ mənbələr yaradıldı. Şamaxıda bu prosesin ilin sonuna başa çatması gözlənilir. Tovuzda və Şəkidə isə işlər gələn il üçün planlaşdırılır". 

"Azərsu" sədri bildirib ki, regionlarda suyun keyfiyyəti ilə bağlı strateji yol xəritəsinin tələblərinə əməl olunur:

"Xəritəyə uyğun sukanal idarələri və regional laboratoriyalar yaradılıb. Həmin laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub".(modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...