ANS ÇM-in tezliyi müsabiqəyə çıxarıldı | Eurasia Diary - ednews.net

9 Dekabr, Bazar ertəsi


ANS ÇM-in tezliyi müsabiqəyə çıxarıldı

Cəmiyyət A- A A+

Milli Televiziya və Radio Şurası yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan edib. Belə ki, 102,0 MHz tezliyi üçün müsabiqə Bakı və Abşeron ərazisində noyabrın 12-dən dekabrın 12-dək keçiriləcək.

Qeyd edək ki, 102,0 MHz bağlanan ANS ÇM radiosunun tezliyi olub.

Eurasia Diary xəbər verir ki, fəaliyyəti dayandırılmış ANS-in keçmiş mətbuat katibi Mais Məmmədov Modern.az-a açıqlamasında məsələdən xəbərdar olduğunu deyib:

"ANS rəhbərlərinin, keçmiş ANS-çilərin bundan xəbəri var. Bilmirəm Vahid Mustafayev hansı addımı atacaq. Amma məncə, bu düzgün addım deyil. Çünki ANS ÇM Çingiz Mustafayevin radiosudur. Yeganə radiodur ki, Mili Qəhrəmanın adını daşıyırdı. Çingiz Mustafayev olmasaydı, heç kim bilməyəcəkdi ki, Xocalıda ermənilər azəraycanlıların başına nə oyunlar gətirib. Çingiz Mustafayevin xatirəsinə hörmət üçün radio saxlana bilərdi".

M.Məmmədov əlavə edib ki, Vahid Mustafayevin tezliyi yenidən alıb, yeni radio yaradıb-yaratmayacağından xəbərdar deyil:

"Amma 3 ilə yaxındır, ANS yoxdur. Hesab edirəm ki, ANS-in ləğv edilməsi haqsız qərar idi. Həmin radionu da Vahid müəllim yaradıb. Onun haqqı çatır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...