Yüksək vəzifəli şəxslər və media nümayəndələri əsgərlərlə birgə nahar edib.
Eurasia Diary xəbər verir ki, Ağdam rayonu icra başçısı Vaqif Həsənov, Təhsil naziri müavini Firudin Qurbanov, millət vəkili Aydın Mirzəzadə, media qurumlarının rəhbərləri və KİV nümayəndələri düşmənlə 5 km-lik təmas xəttində yerləşən Ağdam rayonu N saylı hərbi hissədə əsgərlərlə birgə nahar edib.
Düşmənlə sərhəddə yerləşən əsgərlərə nahar üçün "vineqret" salatı, aş, toyuq qızartması, dolma, kiftə, bütün bir çörək və kompot verilirdi. Hərbi hissədən bildirilib ki, əsgərlərin qidalanmasına xüsusi diqqət yetirilir və onlara hər zaman belə qidalar verilir.