Eurasia Diary-nin məlumatına görə, bunu Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bildirib.
Nazir qeyd edib ki, cinayətlərdən zərər çəkmiş şəxslərin hüquqlarının bərpası ilə bağlı məsələlərin həllində hər zaman operativlik göstərilməlidir:
“İnsanların hüquqları, azadlıqları, qanuni mənafeləri yüksək səviyyədə qorunmalı, bu iş bütün struktur qurumlarda rəhbər heyətin şəxsi nəzarəti altında gündəlik həyata keçirilməlidir”.