Azərbaycanlı uşaqların Qarabağ qazisi ilə videosu yayıldı - VİDEO | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Azərbaycanlı uşaqların Qarabağ qazisi ilə videosu yayıldı - VİDEO

Cəmiyyət A- A A+

Vətənpərvər videolar hazırlamaqla Azərbaycanda məşhurlaşan Turxan, Nərgiz, Camal Museyibovların növbəti layihəsi 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gününə həsr olunub. Onlar bu videoda Qarabağ qazisi, 2015-ci ilin oktyabrında döyüş tapşırığı yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirmiş Kamil Musavi ilə birlikdə çəkiliblər. Şəhidlər Xiyabanında çəkilən videoda Vətənə, bayrağa sevgidən bəhs olunur. Sosial şəbəkədə paylaşılan video hər kəs tərəfindən maraqla qarşılanıb.

Eurasia Diary xəbər verir ki, Extreme Film LLC-nin layihəsi olan videonun idea müəllifi Tural Müseyibov, rejissoru Emin Əhmədov, redaktoru Sevinc İsgəndərovadır.

Xatırladaq ki, Turxan, Nərgiz, Camal Museyibovlar keçmiş xəbər aparıcısı, hazırda Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibovun övladlarıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...