"Bakı Metropoliteni" daha bir stansiyanın tikintisini başa çatdırıb | Eurasia Diary - ednews.net

21 Noyabr, Cümə axşamı


"Bakı Metropoliteni" daha bir stansiyanın tikintisini başa çatdırıb

Cəmiyyət A- A A+

“Şərti adı “B3” olan metro stansiyasının tikintisi başa çatdırılıb və hazırda tamamlanma işləri qalıb ki, bu işlər gələn ilin ortalarında aparılacaq”.

Eurasia Diary-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə görə, bu stansiyadan sonra yeni olan “Bənövşəyi xətt” üzrə işlər aparılacaq ki, onun bir tərəfi Xocahəsən qəsəbəsində, digər tərəfi isə Qaraçuxur qəsəbəsində olacaq.

“Bu xətt 12 stansiya və 1 depodan ibarətdir. Sözügedən xətt üzrə 3 stansiyasının, demək olar ki, tikintisi başa çatdırılıb. Dördüncü, şərti adı “104” olan stansiyanın, və “Depo Xocahəsən”in tikintisi davam etdirilir. Bu sxem üzrə "Bənövşəyi xətt" Qaraçuxur qəsəbəsinədək çatdırılacaq", - deyə Ə. Osmanov qeyd edib.(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...