Baş Prokurorluq “başı kəsilən qadın”la bağlı araşdırmaya BAŞLADI | Eurasia Diary - ednews.net

21 Noyabr, Cümə axşamı


Baş Prokurorluq “başı kəsilən qadın”la bağlı araşdırmaya BAŞLADI

Cəmiyyət A- A A+

Sosial şəbəkələrdə Azərbaycan ərazisində törədiliyi iddia olunan bir hadisənin videogörüntüsü yayılıb. Vidogörüntüdə yerdə qan içərisində çabalayan qızın orta məktəbin yuxarı sinif şagirdi olduğu, qeyri-qanuni hamilə qaldığı üçün Rusiyada yaşayan atasının göstərişilə əmisi tərəfindən başının kəsildiyi iddia edilir.

Eurasia Diary xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntü ilə bağlı araşdırmalara başlanılıb:

“Sosial şəbəkələrdə yayılan video ilə bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılır. Hadisənin harada, nə vaxt baş verdiyi öyrənilir. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...