Havanı çirkləndirən şadlıq saraylarının adları - AÇIQLANDI | Eurasia Diary - ednews.net

9 Dekabr, Bazar ertəsi


Havanı çirkləndirən şadlıq saraylarının adları - AÇIQLANDI

Cəmiyyət A- A A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaya normadan artıq tüstü və zərərli tullantılar atan ictimai iaşə obyektlərinin adları açıqlayıb.

Eurasia Diary-nin məlumatına görə, bu barədə nazirlik rəsmisi Vüqar Kərimov bildirib. O deyib ki, monitorinq zamanı Nizami rayonunda fəaliyyət göstərən “Cənnət”, “Xan bağı”, “Xan sarayı”, “Madonna”, “Milord”, “Hissa”, “Grace Hall”, “Ayla2 şadlıq sarayları, “Səhər mehi” və “Kometa” restoranlarında tullantıların miqdarı normadan artıq olduğu müəyyənləşib.

Binəqədi rayonunda “Sonalar sonası”, “Qızıl tac”, “Şahənşah”, “Mələk”, “Oğuz xan”, “Al saray”, “Amor”, “Röya” şadlıq sarayları da havanı çirkləndirən iaşə obyektləri sırasına düşüb

Nazirlik rəsmisi bildirib ki, Xətai rayonunda “Fəridə”, “Elgün”, “Neapol”, “Movida”, “Mirana”, “Leyla”, “Şahzadə”, Nərimanov rayonunda “Şuşa, “Su sonası” şadlıq sarayları, “Orman”, “Xankəndi”, “İsa bulağı” restoranları, Sumqayıtda şəhərində “Qubadlı”, “Dan ulduzu”, “Şahanə”, “Tural”, “Nurlan” və “Dədə Qorqud”, Abşeronda “Qarabağ”, “Ülvi”, “Səmayə” və “Sultan”, Gəncə şəhərində “Firuzə”, “Tural” və “Şahzadə” şadlıq saraylarının atmosferi çirkləndirdiyi məlum olub.

Bununla əlaqədar şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edilib, təcili tədbir götrülməsi tələb olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...