Nyu-Yorkdan gələn təyyarə Gəncədə enməyə məcbur oldu | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


Nyu-Yorkdan gələn təyyarə Gəncədə enməyə məcbur oldu

Cəmiyyət A- A A+

Bakının hava limanında əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən AZAL-ın Nyu-York-Bakı reysini yerinə yetirən təyyarəsinin kapitanı Gəncənin hava limanına eniş etmək qərarına gəlib.

Eurasia Diary AZAL-a istinadən xəbər verir ki, “Boeing 787 Dreamliner” təyyarəsi yerli vaxtla saat 07:33-də Gəncənin hava limanına uğurlu eniş edib. Reysin sərnişinləri hava limanının terminalında yerləşdirilmiş, yemək və içkilərlə təmin olunublar. Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Gəncədən Bakıya Bakı vaxtı ilə 10:01-də uçub. (Publika.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...