Xose Bernandonu bıçaqlayan şəxs saxlanıldı | Eurasia Diary - ednews.net

10 Dekabr, Çərşənbə axşamı


Xose Bernandonu bıçaqlayan şəxs saxlanıldı

Cəmiyyət A- A A+

Aparıcı Xose Bernando və Rəfael Hüseynovu bıçaqlayan şəxs saxlanılıb.

Hüquq-mühafizə orqanlarından Eurasia Diary-ə verilən məlumata görə, hadisəni törədən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1985-ci il təvəllüdlü A.Hüseynov Pirallahi RPŞ-nin keçirdiyi əməliyyat axtarış tədbirləri çərçivəsində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (2 və daha artıq şəxsin sağlamlığına ağır zərər vurma) maddəsilə cinayətişi başlanıb.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü Xose Bernardo və paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov Bakının Pirallahı rayonu ərazisində bıçaqlanıb. X.Bernando ilkin tibbi yardımdan sonra evə buraxılsa da, R.Hüseynovun vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...