BDU-da 12 noyabr – Konstitusiya Günü qeyd edilib - FOTOLAR | Eurasia Diary - ednews.net

15 Dekabr,


BDU-da 12 noyabr – Konstitusiya Günü qeyd edilib - FOTOLAR

Cəmiyyət A- A A+

Bakı Dövlət Universitetində 12 noyabr- Konstitusiya Günü ilə bağlı tədbir keçirilib.

Eurasia Diary xəbər verir ki, Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri, rektor Elçin Babayev açıb. Konstitusiyanın Azərbaycanın müstəqil inkişafının fundamentini təyin edən əsas sənəd  olduğunu qeyd edən rektor, Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında  hazırlanan, 1995-ci ildə ümümxalq səsverməsi yolu ilə qəbul edilən konstitusiyada insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdiyini diqqətə çatdırıb. Daha sonra rektor Elçin Babayev konstitusiyaya edilən əlavə və dəyişikliklərdən söz açıb.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müstəqil dövlətimizin ilk konstitusiyasının qəbul edilməsi ilə Azərbaycan tarixi inkişafının yeni bir mərhələsinin başlandığını vurğulayıb. Bu sənədin  ölkədə insan və vətəndaş hüquq azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil etdiyini, onun beynəlxalq hüquq normalarına uyğunlaşdırıldığını qeyd edib. Əli Hüseynli həmçinin bu ali qanunun yaradılmasında Bakı Dövlət Universitetinin elm xadimlərinin də müstəsna xidmətlərinin olduğunu diqqətə çatdırıb.   

Daha sonra çıxış edən BDU-nun Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev beynəlxalq təşkilatların Azərbaycan konstitusiyasına yüksək münasibətindən bəhs edib, ali sənədin qəbulundan sonra Azərbaycanın kifayət qədər beynəlxalq müqavilələrin iştirakçısı, beynəlxalq təşkilatların üzvü olduğunu deyib.  

 

 

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...