Qadına qarşı zorakılıq etdi, vəhşicəsinə döyüldü - Bakıda dəhşətli hadisə - VİDEO | Eurasia Diary - ednews.net

11 Dekabr, Çərşənbə


Qadına qarşı zorakılıq etdi, vəhşicəsinə döyüldü - Bakıda dəhşətli hadisə - VİDEO

Cəmiyyət A- A A+

“Sosial şəbəkələrdə yayılan videgörüntülərdən məlumatlıyıq, müvafiq rayon polis idarəsində araşdırma aparılır”.

Eurasia Diary xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Bakıda gecə saatlarında iki nəfər şəxs küçədə yolu bağlayıb, avtomobillərin hərəkətində problem yaradıb. Həmçinin onlar küçə ilə gedən qadına hücum ediblər. Daha sonra ətrafdakı insanlar həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısını alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...