Yanvardan pensiyalar bu qədər ARTACAQ - Rəsmi açıqlama | Eurasia Diary - ednews.net

15 Dekabr,


Yanvardan pensiyalar bu qədər ARTACAQ - Rəsmi açıqlama

Cəmiyyət A- A A+

“Hazırda pensiyanın minimum məbləğinin artırılması üçün hesablama işləri aparılır. Hesablama işlərinin nəticəsindən asılı olaraq, artımla bağlı müəyyən qərar qəbul ediləcək”.

Eurasia Diary xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov mətbuat konfransında deyib.

Nazirliyin tabeliyindəki DOST Agentliyində keçirilən mətbuat konfransında çıxış edən Himalay Məmişovun sözlərinə görə, hər ilin əvvəlində ölkə başçısının tapşırığına uyğun olaraq pensiyaların indeksləşdirilməsi həyata keçirilir.

“Gələn ilin əvvəlində 200 manat pensiya alacaq şəxsin pensiyası yalnız indeksləşdirmə xərcləri hesabına 27-30 manat artacaq".

H.Məmişov hər il olduğu kimi bu il də Yeni il bayramı ərəfəsində pensiyaların qrafikdə nəzərdə tutulduğu vaxtdan daha tez veriləcəyini söyləyib. Onun sözlərinə görə, pensiya ödənişləri müəyyən qrafik əsasında həyata keçirilir. Bayram günləri olduqda isə pensiya ödənişi həmin qrafikdə nəzərdə tutulan vaxtdan daha əvvəl həyata keçirilir.

“Yeni il bayramı ərəfəsində də pensiyaların qrafikdə nəzərdə tutulan müddətdən daha tez ödəniləcəyi gözlənilir".(Modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...