"Azercell"in yeni "010" kodlu nömrələri nə vaxt satışa çıxacaq? | Eurasia Diary - ednews.net

15 Dekabr,


"Azercell"in yeni "010" kodlu nömrələri nə vaxt satışa çıxacaq?

Cəmiyyət A- A A+

"Azercell Telekom" şirkəti yaxın vaxtlarda yeni "010" operator kodlu (prefiksli) nömrələri satışa çıxaracaq.

Eurasia Diary xəbər verir ki, bunu "APA-Economics"ə şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, hazırda bu prefiksin digər operatorlar, həmçinin rouminq operatorlarının şəbəkəsində tanınması istiqamətində işlər aparılır.

"Bu, vaxt aparan bir işdir. Prefiks hüquqi cəhətdən rəsmən ayrılıb. Texniki cəhətdən hazır olan kimi biz onu təqdim edəcəyik. Yeni prefiksin istifadəyə verilməsi müştəri məmnuniyyətinin bir qədər də artırılması məqsədini daşıyır", - deyə V. Mürsəliyev qeyd edib.

Qeyd edək ki, yeni prefiksin istifadəyə verilməsindən sonra şirkət üç operator koduna ("050", "051" və "010") malik olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...